Menyu

Naxçıvan hərbi sursatlar aşkarlanıb

Redaksiya
Naxçıvan hərbi sursatlar aşkarlanıb

Naxçıvan şəhəri, Azərbaycan məhəlləsində hərbi sursatlar aşkarlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 6 ədəd 88 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik top mərmisi, 1 ədəd 60 mm-lik top mərmisi və 1 ədəd 60 mm-lik minaatan mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Teqlər:

"Nax\u00e7\u0131van h\u0259rbi sursatlar a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər