Menyu

Gəncədə mebel sexində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Gəncədə mebel sexində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

"Operativ Media"ya bu barədə FHN məlumat verib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Ü.Hacıbəyli küçəsində sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 500kv.m. olan mebel sexində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 500kv.m. olan mebel sexi ilkin hesablamaya əsasən 100kv.m. sahədə yanıb. Sexin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

***

20:19

Gəncədə yanğın hadisəsi baş verib.

"Operativ Media xəbər verir ki, şəhər ərazisində yerləşən mebel sexində anidən yağın olub.

Dərhal əraziyə FHN yanğınsöndürən maşınları cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.

Teqlər:

"G\u0259nc\u0259d\u0259 mebel sexind\u0259 ba\u015f vermi\u015f yan\u011f\u0131n s\u00f6nd\u00fcr\u00fcl\u00fcb - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər