Zəngilanda ağacın aşması, yolun bağlanmasına səbəb olub
Əsəd Abbaslı
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zəngilan rayonu Zəngilan-Mincivan yolunun 10-cu km-də irigövdəli ağacın aşması və nəticədə magistiral yolun bağlanması barədə məlumat daxil olub.
"Operativ Media" xəbər verir ki, daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zəngilan rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış ünvanına cəlb olunublar.
Xilasedicilər müvafiq vasitələrlə aşmış ağacı hissələrə kəsilərək yoldan götürülməsini, bununla da magistral yolda sərbəst hərəkətin bərpasını təmin ediblər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net