Menyu

Qubada yol qəzası olub, ölən var

Əsəd Abbaslı
Qubada yol qəzası olub, ölən var
1 dəq oxu

Quba-Xaçmaz yolunda avtomobil qəzası baş verib, ölən var.

"Operativ Media" xəbər verir ki, hadisə Quba-Xaçmaz avtomobil yolunun rayonun Zərdabi qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Quba rayonunun Bağbanlı kənd sakini Rüstəmov Taleh Malik oğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər