Menyu

Bakıda narkokuryerlik edən şəxs tutulub

Nərmin Qocamanlı
Bakıda narkokuryerlik edən şəxs tutulub

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları Binə qəsəbəsində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçiriblər.

Daxili İşlər Nazirliyindən (DİN) "Operativ Media"ya verilən məlumata görə, tədbir zamanı qeyd edilən əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Babək Əhmədov saxlanılıb. Ondan ümumilikdə 6 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.

B.Əhmədovun narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

 Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər