Menyu

Abşeronda Hindistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb, araşdırma aparılır

Nərmin Qocamanlı
Abşeronda Hindistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb, araşdırma aparılır
1 dəq oxu

Yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölüb. 

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Əlaqəli Xəbərlər