Menyu

Nəzrin Mansurlunun ölməsi faktı üzrə cinayət işi başlanıb

Əsəd Abbaslı
Nəzrin Mansurlunun ölməsi faktı üzrə cinayət işi başlanıb

"Operativ Media" xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

Teqlər:

"N\u0259zrin Mansurlunun \u00f6lm\u0259si fakt\u0131 \u00fczr\u0259 cinay\u0259t i\u015fi ba\u015flan\u0131b"

Əlaqəli Xəbərlər