Menyu

Qaradağ və Nizami rayonlarında nəqliyyat vasitələri qaçırılıb

Nərmin Qocamanlı
Qaradağ və Nizami rayonlarında nəqliyyat vasitələri qaçırılıb
1 dəq oxu

Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən "Chevrolet" markalı avtomobilin, Nizami rayonu Q.Qarayev prospekti ərazisindən isə "Tofaş” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitələrini qaçırmaqda şübhəli bilinən E. Abbasov va T.Asəfi müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər