"Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək".
"Operativ Media" xəbər verir ki, bunu Prezident İlham Əliyev Gürcüstanın Baş naziri ilə birgə mətbuat konfransı zamanı bildirib.
"Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır", - dövlət başçısı qeyd edib.