Menyu

İrandan Azərbaycana gələn yük qatarında narkotik aşkar edilib

Əsəd Abbaslı
İrandan Azərbaycana gələn yük qatarında narkotik aşkar edilib

Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, “Cənub Astara” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük qatarının platforma və vaqonlarına Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə gömrük yoxlaması tətbiq edilib.

Yoxlama zamanı vaqonlardan birində gömrük nəzarətindən gizlədilən 3 kq 860 qr narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər