Menyu

Təhsil işçilərinin kütləvi ixtisarı ilə bağlı iddialara cavab verilib

Əsəd Abbaslı
Təhsil işçilərinin kütləvi ixtisarı ilə bağlı iddialara cavab verilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi mediada təhsil idarələrində çalışan xeyli sayda əməkdaşın vəzifəsindən azad olunması və ixtisarı ilə bağlı yayılan məlumatların doğru olmadığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə agentliyin sosial şəbəkə hesabında bildirilib.

“Mediada Təhsil İdarələrində çalışan çoxsaylı əməkdaşın işdən azad olunması və ixtisarı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”, – məlumatda diqqətə çatdırılıb.

Agentlik vurğulayıb ki, əvvəlki strukturda metodiki kabinetlərdə çalışan metodistlər fəaliyyətini tabe müəssisələrdə davam etdirir: “Əməkdaşların işlə təminatı prosesi hazırda da davam etməkdədir”.

Dövlət qurumu cari ildə metodik xidmətə cəlb olunacaq yeni metodistlərin seçimi, təlimləndirilməsi və işə cəlbi prosesinin həyata keçirilməsi nəzərdə tutulduğunu qeyd edib: “2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur”.

“Bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək”, – paylaşımda bildirilib.

Teqlər:

"T\u0259hsil i\u015f\u00e7il\u0259rinin k\u00fctl\u0259vi ixtisar\u0131 il\u0259 ba\u011fl\u0131 iddialara cavab verilib"

Əlaqəli Xəbərlər