Menyu

Xaçmazda yük avtomobilləri toqquşub, bir nəfər ölüb - YENİLƏNİB

Xaçmazda yük avtomobilləri toqquşub, bir nəfər ölüb - YENİLƏNİB

Xaçmazda baş verən yol qəzasında xəsarət alan şəxs ölüb.

"Operativ Media" xəbər verir ki, qəzada xəsarət alan 1998-ci il təvəllüdlü Qədirov Samil Emin oğlu Xaçmaz Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyəti kritik ağır olduğundan paytaxtdakı tibb müəssisələrindən birinə göndərilib. S.Qədirov yolda vəfat edib.

***

11:46

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Operativ Media"ya bu barədə FHN Mətbuat xidmətinin məlumat verilib. 

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Shacman” markalı yük avtomobili ilə “Ford” markalı digər yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Ford”un sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə Xaçmaz rayonu, Çiləgir kənd sakini, 1998-ci il təvəllüdlü sürücü Qədirov Samir Emin oğlunu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər. 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər