21 Yanvar 2025, 12:37
Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb.
Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb şəkil
Prezident İlham Əliyev Davosda Latviya Prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında Latviya Prezidenti Edqars Rinkeviçs ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, Edqars Rinkeviçs dövlət başçısı ilə bundan əvvəlki görüşlərini məmnunluqla xatırlayıb.

Latviya Prezidenti bugünkü görüşün ikitərəfli əlaqələrin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Edqars Rinkeviçs təyyarə qəzasında həlak olanlarla bağlı Azərbaycan Prezidentinə başsağlığı verib.

Dövlət başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Prezident İlham Əliyev də öz növbəsində bugünkü görüşün əməkdaşlığımızın perspektivlərinin müzakirəsi baxımından önəmini vurğulayıb.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib