Menyu

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır
1 dəq oxu

Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.

"Operativ Media"xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2026-cı il yanvarın 1-nə qədər uzadılır.

Əvvəl bu müddət 2025-ci il yanvarın 1-dək müəyyən edilmişdi.

Əlaqəli Xəbərlər