22 Yanvar 2025, 18:55
Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb - FOTO
İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.
Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb - FOTO şəkil
Prezident İlham Əliyev Davosda Xorvatiyanın Baş naziri ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, Andrey Plenkoviç COP29-un uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı.

Prezident İlham Əliyev Xorvatiyanın Baş nazirinin COP29-da iştirakına görə təşəkkürünü bildirdi. Söhbət zamanı COP29 çərçivəsində qlobal iqlim gündəliyinin irəli aparılması üçün çox mühüm qərarların qəbul edildiyi vurğulandı.

Azərbaycan Prezidenti və Xorvatiyanın Baş naziri ölkələrimiz arasında münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirdilər, xüsusilə enerji sahəsində olan əməkdaşlığı qeyd etdilər.

Azərbaycanın bu gün Xorvatiyanın enerji təhlükəsizliyində oynadığı rol, ölkəmizdən Xorvatiyaya neft və qaz ixracı xüsusilə vurğulandı, həmçinin qaz ixracının həcminin artırılması perspektivləri müzakirə olundu.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan bu gün 10 Avropa ölkəsinə qaz ixrac edir ki, onlardan da səkkizi Avropa İttifaqına üzv ölkələrdir. Vurğulandı ki, Azərbaycan Avropa İttifaqı tərəfindən PanAvropa enerji təchizatçısı kimi qiymətləndirilib.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri məsələsinə dair fikir mübadiləsi aparıldı, hökumətlərarası komissiyanın rolu qeyd olundu.

Xorvatiya Baş naziri dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.

Son xəbərlər
AMB-nin bu günə olan valyuta məzənnələri
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
"Napoli" De Bröyneni heyətinə qatmağa hazırlaşır
Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir