Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb
Binəqədidə külli miqdarda aksiz markasız siqaret aşkar edilib.
Bu barədə "Operativ Media"ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşlarının Bakı şəhəri Binəqədi rayonunda həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsindən və icarəsində olan anbardan Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma ilə nişanlanmamış 182 600 ədəd siqaret aşkar edilib.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net