Menyu

ADY: Bakı-Sumqayıt qatarı 29 yanvarda iş günü qrafiki üzrə hərəkətdə olacaq

Nərmin Qocamanlı
ADY: Bakı-Sumqayıt qatarı 29 yanvarda iş günü qrafiki üzrə hərəkətdə olacaq
1 dəq oxu

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Bakı-Sumqayıt-Bakı sürət elektrik qatarları Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi 29 yanvarda iş günü qrafiki üzrə hərəkətdə olacaq.

"Operativ Media" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, vətəndaşların həmin gün rahat hərəkət etməsi üçün Abşeron dairəvi marşrutu üzrə qatarların hərəkəti iş günlərinin cədvəlinə uyğun tənzimlənəcək.

29 yanvar seçkilərilə əlaqədar qeyri-iş günü günü elan olunub.

Əlaqəli Xəbərlər