Menyu

Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Nərmin Qocamanlı
Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bulvar ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.


FHN-dən "Operativ Media"ya verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıclar tərəfindən xilas edilib.

Əlaqəli Xəbərlər