Menyu

Şəmkirdə beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Şəmkirdə beş nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib - YENİLƏNİB

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

DİN rəsmisi qeyd edib ki, magistral yolda "VAZ-21021 və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib, daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

***

10:00

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Operativ Media" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb. Hərəkətdə olan “Niva” ilə VAZ 2106 markalı minik maşınları toqquşub. Qəza zamanı 5 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.

Azərtac

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər