Menyu

Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq yük daşımaları 3 dəfəyə yaxın artıb

Azərbaycanda hava nəqliyyatı ilə beynəlxalq yük daşımaları 3 dəfəyə yaxın artıb

Ötən il Azərbaycanda hava nəqliyyatı nəqliyyatı vasitələri ilə 5,5 milyard ABŞ dolları dəyərində 79,2 min ton beynəlxalq yük daşımaları həyata keçirilib.

Bu barədə "Operativ Media" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ildəki göstəricilərlə müqayisədə 2,8 dəfə və ya 3,6 milyard ABŞ dolları çoxdur.2024-cü il ərzində hava nəqliyyatı vasitələri ilə 5,2 milyard ABŞ dolları dəyərində 14,7 min ton yük idxal edilib, 346,6 milyon ABŞ dolları dəyərindən 64,5 min ton yük ixrac olunub.

2023-cü illə müqayisədə idxal olunan yükün dəyəri 3,6 milyard ABŞ dolları (3,3 dəfə), həcmi 1,8 min ton (14,2%) artıb. Eyni zamanda illik müqayisədə ölkədən ixrac olunan yükün dəyəri 6,3 milyon ABŞ dolları (1,9%) artıb, həcmi isə 22,3 min ton (25,7%) azalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər