Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Nərmin Qocamanlı
Bakı şəhəri, Nərimanov rayonunda Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
“Nərimanov rayonu, Ağa Nemətulla küçəsinin Çaykovski küçəsi ilə kəsişməsində hərəkət yenidən təşkil edilib. Ağa Nemətulla – Çaykovski – Orucəliyev küçələri istiqamətində sürücülər sağa hərəkət edərək Heydər Əliyev prospektinə çıxa bilərlər”, – agentliyin paylaşımında qeyd olunub.
Xatırladaq ki, daha əvvəl agentlik 62, 217 və 569 nömrəli avtobus marşrutları üzrə müsabiqənin qaliblərini müəyyən etdiyini açıqlamışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net