Menyu

Lənkəranda sərnişin avtobusu aşıb, 24 nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəranda sərnişin avtobusu aşıb, 24 nəfər xəsarət alıb - YENİLƏNİB

Lənkəran-Boradigah-Masallı yolunun Lənkəran şəhəri ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı 24 nəfər (13-ü qadın, 10-u kişi cinsli, 1-i azyaşlı olmaqla) bədənin müxtəlif nayihələrinin travmaları diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. 

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.

Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib. Xəsarət alanlardan 1 nəfərin müalicəsi Reanimasiya şöbəsində, 6 nəfərin müalicəsi Travma şöbəsində, digər 4 yaralının müalicəsi Təcili yardım şöbəsində davam etdirilir. 13 nəfərin xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

***

14:39

Lənkəran-Boradigah-Masallı yolunda, Lənkəran şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yanvarın 28-də saat 13:30 radələrindən başlayaraq 21 nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Operativ Media-nın sorğusuna cavab olaraq, TƏBİB-dən bildirilib.

Bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları qoyulan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilir.

Vəziyyətlərinə müvafiq olaraq müxtəlif şöbələrə yerləşdirilirlər.

Qeyd edək ki, Lənkəranda sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib. Sərnişin avtobusu “VAZ-2107” markalı avtomobilin üstünə aşıb.

Teqlər:

"L\u0259nk\u0259randa s\u0259rni\u015fin avtobusu a\u015f\u0131b 24 n\u0259f\u0259r x\u0259sar\u0259t al\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər