Menyu

Əmək pensiyası, sosial yardım və müavinətlərin təyin edilməsi, imtina edilməsi qərarları EHİS-dən təqdim ediləcək

Əmək pensiyası, sosial yardım və müavinətlərin təyin edilməsi, imtina edilməsi qərarları EHİS-dən təqdim ediləcək

Əmək pensiyalarının təyin edilməsi, təyin olunmasından imtina edilməsi, yenidən hesablanması, dayandırılması, bərpası və bir növdən başqa növə keçirilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək.

Operativ Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Əmək pensiyaları haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq. Eyni zamanda Prezident İlham Əliyevin təsdiqlədiyi “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əlavə edilən yeni maddəyə əsasən, Sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq.

Həmçinin, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Sosial müavinətlər haqqında” qanuna əlavə ediləm yeni maddəyə görə, müavinətlərin təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) biləcək. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulacaq.

Teqlər:

"\u018fm\u0259k pensiyas\u0131 sosial yard\u0131m v\u0259 m\u00fcavin\u0259tl\u0259rin t\u0259yin edilm\u0259si imtina edilm\u0259si q\u0259rarlar\u0131 EH\u0130S-d\u0259n t\u0259qdim edil\u0259c\u0259k"

Əlaqəli Xəbərlər