Menyu

Naxçıvanda bacısını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Nərmin Qocamanlı
Naxçıvanda bacısını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Naxçıvan Muxtar Respublikası Prokurorluğundan Operativ Media-ya verilən məlumata görə, ötən il iyunun 24-də 1980-ci il təvəllüdlü Culfa rayon sakini Elfanə Muradovanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluqdan Operativ Media-ya verilən məlumata görə, ibtidai istintaqla 1984-cü il təvəllüdlü Ruslan Əliyevin şəxsi münasibətlər zəminində bacısı Elfanə Muradovaya küt alətlə (dəmir parçası ilə) xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Ruslan Əliyevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər