Menyu

Yaşayış binasındakı yanğında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

Əsəd Abbaslı
Yaşayış binasındakı yanğında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB

"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 28.01.2025-ci il tarixində saat 18:03-də Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub".

Operativ Media xəbər verir ki, bunu TƏBİB bildirib.

Məlumata görə, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

Ümumilikdə 4 nəfərin tibbi xidmətə müraciəti qeydə alınıb.

Təcili tibbi yardım briqadası tərəfindən 19 yaşlı şəxs (cinsi kişi) tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunub.

Digər 3 nəfərə isə yerində tibbi yardım göstərilib.

19:32

Məlumat verildiyi kimi, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Bu barədə Operativ Media-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Həyata keçirilən operativ tədbirlər sayəsində onaltımərtəbəli yaşayış binasının şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı 3 nəfər xilas olunub, 12-si uşaq olmaqla 36 nəfər bina sakini təxliyə edilib.

Yanğın nəticəsində binanın 10-cu mərtəbəsindən 15-ci mərtəbəsinə kimi şaxta boyunca elektrik kabelləri yanıb.

Mənzillər yanğından mühafizə olunub.

18:22

Yasamal rayonunda çoxmərtəbəli yaşayış binası yanır.

Bu barədə Operativ Media-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Teqlər:

"Ya\u015fay\u0131\u015f binas\u0131ndak\u0131 yan\u011f\u0131nda x\u0259sar\u0259t alanlar\u0131n v\u0259ziyy\u0259ti a\u00e7\u0131qlan\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər