29 Yanvar 2025, 12:10
Bakıda avtobus zolaqlarının uzunluğu 160 km-ə çatdırılacaq
Bakıda pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir.
Bakıda avtobus zolaqlarının uzunluğu 160 km-ə çatdırılacaq şəkil
Bakıda avtobus zolaqlarının uzunluğu 160 km-ə çatdırılacaq

Bakı şəhərinin və bəzi ətraf rayonların avtobus marşrut şəbəkəsinin optimallaşdırılması nəticəsində pik saatlarda avtobusların yolda olma müddətinin orta hesabla 6 dəqiqə azalacağı gözlənilir.

Operativ Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, bununla yanaşı, avtobus zolaqlarının uzunluğunun 160 km-ə çatdırılması planlaşdırılır.

Həmçinin avtobus parkının genişləndirilməsi təşəbbüsünün gələcək illərdə də davam etdirilməsi və gündəlik olaraq xəttə çıxan avtobusların sayının 2 800-ə çatdırılması da nəzərdə tutulur. 2030-cu ilədək avtobus parkı əsasən ekoloji təmiz avtobuslardan (elektrik və CNG) ibarət olacaq.

Elektrik avtobuslar üçün 10 deponun tikintisi və modernləşdirilməsi nəzərdə tutulub.

Son xəbərlər
Zelenski Ukrayna Quru Qoşunlarına yeni rəis təyin edib
Ağ Ev İranla danışıqların əsas şərtini açıqlayıb
“Air Arabia” Azərbaycana uçuşları dayandırıb
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35