Menyu

Sabunçuda silsilə oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb

Sabunçuda silsilə oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb
1 dəq oxu

Bakının Sabunçu rayonunda yerləşən evlərdən silsilə oğurluqlar etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu ərazisində yerləşən 6 müxtəlif evdən oğurluq edilməsi və nəticədə zərərçəkənlərə ümumilikdə 6200 manat maddi ziyan vurulması barədə polisə məlumatlar daxil olub.

Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə silsilə oğurluqlar etməkdə şübhəli bilinən 27 yaşlı Z.Bağırov və 23 yaşlı T.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər