Zaqatalada yol qəzası baş verib
Əsəd Abbaslı
Zaqatala-Muxax-Yuxarı Çardaqlar kənd yolunda qəza baş verib.
Operativ Media xəbər verir ki, Muxax kəndi sakini 22 yaşlı Vüqar Musayev sərt döngədə “VAZ 2106” markalı minik avtomobilinin idarəetməsini itirərək, qəza törədib.
Nəticədə, özü ilə yanaşı həmkəndliləri - 20 yaşlı Əfqan Mustafayev və 19 yaşlı Həmzə Hacıyev də müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər üç yaralı Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net