Menyu

Milli Məclisin deputatları Şimali Kipr Türk Respublikasına səfər edəcəklər

Nərmin Qocamanlı
Milli Məclisin deputatları Şimali Kipr Türk Respublikasına səfər edəcəklər

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov və Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva yanvarın 30-da Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Operativ Media-ya verilən məlumata görə, deputatlar burada Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək “Rauf Raif Denktaş və Dr.Fazıl Kiçik II Beynəlxalq Kipr Araşdırmaları Simpoziumu”nda iştirak edəcək. Türkdilli dövlətlərdən olan elm adamlarının iştirak edəcəyi tədbirdə müxtəlif sahələrdə araşdırmalara dair müzakirələr aparılacaq.

Səfər fevralın 2-də başa çatacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər