31 Yanvar 2025, 17:47
Ceyhun Bayramov QDİƏT-nin baş katibi Lazar Komanesku ilə görüşüb
Təşkilat çərçivəsində enerji, yaxşı idarəçilik və digər işçi qruplar çərçivəsində birgə səylərin artırılması məsələləri nəzərdən keçirilib. 
Ceyhun Bayramov QDİƏT-nin baş katibi Lazar Komanesku ilə görüşüb şəkil
Ceyhun Bayramov QDİƏT-nin baş katibi Lazar Komanesku ilə görüşüb

31 yanvar 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Lazar Komanesku ilə görüşüb.

Görüşdə, Azərbaycan-QDİƏT əməkdaşlığı, 2025-ci ilin birinci yarısında Azərbaycanın Təşkilata sədrliyi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov QDİƏT-in regional əməkdaşlığın təşviqi və irəlilədilməsi baxımından əhəmiyyətli platformalardan biri olduğunu qeyd edərək, ölkəmizin Təşkilat çərçivəsində mövcud əməkdaşlığın daha da gücləndirilməsinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Azərbaycanın regional iqtisadi, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, turizm istiqamətində təşəbbüslərindən bəhs olunub, xüsusilə Xəzər-Qara-Aralıq dənizləri bölgələrini birləşdirən “yaşıl enerji” dəhlizi layihəsinin, habelə “orta dəhliz”in inkişaf etdirilməsi üzrə səylərin əsas istiqamətlərdən olduğu qeyd edilib. 

Təşkilat çərçivəsində enerji, yaxşı idarəçilik və digər işçi qruplar çərçivəsində birgə səylərin artırılması məsələləri nəzərdən keçirilib. 

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyindən bəhs edən tərəflər, ötən il Azərbaycanda keçirilən bu mötəbər tədbir çərçivəsində yeni iqlim maliyyəsi hədəfi, karbon bazarları, İtki və Zərər Fondu ilə bağlı bir sıra vacib qərarların qəbulunun əhəmiyyəti, iqlim fəaliyyəti üzrə QDİƏT-də birgə fəaliyyətin vacibliyi vurğulanıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.

Son xəbərlər
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
"Napoli" De Bröyneni heyətinə qatmağa hazırlaşır
Rubio: ABŞ-nin Ukrayna ilə bağlı prioriteti dərhal atəşkəsdir
Nigeriyada silahlı hücumlar nəticəsində azı 23 nəfər ölüb
İran prezidenti: ABŞ-ylə razılaşmaya ciddi yanaşırıq