Hikmət Hacıyev İranın xarici işlər naziri ilə görüşüb

Əsəd Abbaslı
Hikmət Hacıyev İranın xarici işlər naziri ilə görüşüb
Hikmət Hacıyev İranın xarici işlər naziri ilə görüşüb.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tehrana səfər çərçivəsində İran İslam Respublikası Prezidentinin siyasi müşaviri Dr. Mehdi Sanai və Xarici İşlər Naziri cənab Abbas Araqçı ilə görüşüb.

Operativ Media xəbər verir ki, Hikmət Hacıyev bu barədə X sosial media hesabında məlumat verib.

Görüş zamanı, Azərbaycan-İran dostluq münasibətlərinin sülh şəraitində birgəyaşayış, daxili işlərə qarışmama və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

"3+3 regional formatı, Qoşulmama Hərəkatı (NAM), İslam Əməkdaşlıq Təşkilatı (OIC), İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (CICA) və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edildi. Qarşılıqlı etimadın artırılması tədbirlərini davam etdirmək barədə razılıq əldə olundu.

Ağbənd – Naxçıvan və Şimal-Cənub Nəqliyyat Dəhlizləri iki ölkənin ortaq maraqlarına xidmət edən vacib regional və transregional layihələr kimi qeyd olundu”, – o qeyd edib.

Digər xəbərlər