Menyu

Məktəbin həyətində əri tərəfindən boynu kəsilən qadının vəziyyəti açıqlanıb

Əsəd Abbaslı
Məktəbin həyətində əri tərəfindən boynu kəsilən qadının vəziyyəti açıqlanıb

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 10.02.2025-ci il tarixində saat 15:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi 270 nömrəli məktəbdən çağırış daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə TƏBIB-dən bildirilib.

Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

"Təcili tibbi yardım briqadası tərəfindən 1974-cü il təvvəllüdlü şəxs boynun arxa hissəsinin kəsilmiş yarası diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub".

Qeyd edək ki, Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən E.N Qaranzadə adına 270 nömrəli tam orta məktəbin həyətində məktəbdə tibb işçisi vəzifəsində çalışan qadın həyat yoldaşından boşanmaq istəyib. Buna görə də əri məktəbin həyətində qadının şah damarını kəsib.

Hadisə məktəbin böyük korpusunun qarşısında, saat 15:00 radələrində baş verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər