Menyu

Sumqayıtda avtobus sürücüsünü döyüb pulunu ələ keçirən şəxs tutulub

Nərmin Qocamanlı
Sumqayıtda avtobus sürücüsünü döyüb pulunu ələ keçirən şəxs tutulub
1 dəq oxu

Fevralı 10-u axşam saatlarında Sumqayıt şəhəri ərazisində marşrut avtobusu sürücüsünə qarşı quldurluq cinayəti törədilib.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək bildirib ki, idarə etdiyi “İsuzu” markalı avtobusa daxil olan bir nəfər onu döyərək 230 manatını ələ keçirib.

Sumqayıt Şəhər Polis Şöbəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 61 yaşlı E.Hüseynov müəyyən olunaraq saxlanılıb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Əlaqəli Xəbərlər