Menyu

Təhsil Tələbə Krediti üçün 10 mindən çox müraciət qəbul edilib

Təhsil Tələbə Krediti üçün 10 mindən çox müraciət qəbul edilib
1 dəq oxu

2024/2025-ci tədris ilinin birinci semestri üzrə Təhsil Tələbə Krediti Fonduna ümumilikdə 12 873 müraciət daxil olub.

Bu barədə Operativ Media-nın sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Fond bildirib ki, müraciətlərin 10 579 qəbul edilib.

TTK-nin iki növü sosial və standart kreditlərin sayı da açıqlanıb.

Belə ki, 10 579 müraciətin 3629-u sosial üzrə, 6950-si isə standart TTK üzrə rəsmiləşib.

Təhsil Tələbə Krediti Fonduna müraciət forması ilə buradan tanış ola bilərsiniz.

Əlaqəli Xəbərlər