Menyu

Eşqi Bağırov: Ötən tədris ilində idman yarışlarında 1 milyondan çox təhsilalan iştirak edib

Nərmin Qocamanlı
Eşqi Bağırov: Ötən tədris ilində idman yarışlarında 1 milyondan çox təhsilalan iştirak edib

Məktəbdənkənar fəaliyyətlərin inkişafı gənclərimizin gələcəyinə qoyulan ən mühüm investisiyadır.

Operativ Media xəbər verir ki, bu fikirləri “Məktəbdənkənar təhsil: Çağırışlar və pespektivlər” mövzusunda keçirilmiş konfransında MÜTDA-nın direktoru Eşqi Bağırov səsləndirib

Tədbirimiz yalnız məktəbdənkənar təhsil sahəsinin mövcud vəziyyətini qiymətləndirmək deyil, həm də bu sahənin gələcəyini qurmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin gənc nəsli bizim ən qiymətli sərvətimizdir və onların hərtərəfli inkişafını təmin etmək, müasir dövrün tələblərinə cavab verən təhsil imkanları yaratmaq əsas hədəfimizdir.

Ötən tədris ilində məktəbdənkənar fəaliyyətlərdə təhsilalanların geniş iştirakı bizi çox sevindirir və onların bu sahələrə olan marağının göstəricisidir. Belə ki, idman yarışlarında 1 milyondan çox, yaradıcılıq tədbirlərində isə 66,500-dən çox təhsilalan iştirak edib. Bu rəqəmlər təsadüfi deyil, gənclərimizin potensialını, enerjisini və özünü ifadə etmək istəklərini açıq şəkildə əks etdirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər