12 Fevral 2025, 16:34
Bakıda Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri təqdim ediləcək
Tədbirdə Türk İnvestisiya Fondunun vəsaitlərindən istifadə qaydaları, qəbul olan layihələr üzrə meyarlar və maliyələşdirmə mexanizmləri barədə ilk dəfə rəsmi açıqlamalar veriləcək. 
Bakıda Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri təqdim ediləcək şəkil
Bakıda Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri təqdim ediləcək

Bu il fevralın 14-də Bakıda Türk İnvestisiya Fondunun maliyyələşdirmə mexanizmləri təqdim ediləcək.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) bildirilib.

Qeyd edilib ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” 2023-cü il martın 16-da Ankara şəhərində imzalanmış Saziş Azərbaycan Respublikasının Prezidentinin 30 may 2023-cü il tarixində imzaladığı qanunla təsdiq edilib. Nizamnamə kapitalı 500 milyon dollar olan Fond artıq layihələrin maliyyələşdirilməsinə hazırlaşır.  

Bildiyiniz kimi, 2025-ci il üçün Türk Ticarət və Sənaye Palataları Birliyinə (TCCI) rəhbərlik Azərbaycana keçib və TCCI-da ölkəmizi Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) təmsil edir.

İlk dəfə Türk Ticarət və Sənaye Palataları Birliyinin təşəbbüsü və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı və Azərbaycan Beynəlxalq Bakının Baş sponsorluğu ilə “Türk İnvestisiya Fondu və TCCI: Biznes Liderləri üçün Məlumatlandırma Görüşü və B2B” keçiriləcək.

Tədbirdə Türk İnvestisiya Fondunun vəsaitlərindən istifadə qaydaları, qəbul olan layihələr üzrə meyarlar və maliyələşdirmə mexanizmləri barədə ilk dəfə rəsmi açıqlamalar veriləcək. 

Eyni zamanda, Təşkilata üzv ölkələrdəki biznes və investisiya imkanları, o cümlədən Azərbaycanın investisiya imkanları barədə geniş təqdimatlar olacaq.

Son xəbərlər
Zelenski Finlandiyaya səfər edib
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb
Prezident: "Biz tarixi ədaləti bərpa etməli idik"
Putin Trampla telefon danışığını bitirib - YENİLƏNİB
İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb
Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər