12 Fevral 2025, 17:38
ETX: "Azərpoçt" adından dələduzluqlar edilir
Müxtəlif elan platformalarında məhsul paylaşan vətəndaşların nömrələrinə məhsulu almaq barədə mesajlar göndərilərək saxta keçidlərə yönləndirilib.
ETX: "Azərpoçt" adından dələduzluqlar edilir şəkil
ETX: "Azərpoçt" adından dələduzluqlar edilir

Ani mesajlaşma tətbiqləri üzərindən Azərpoçt MMC-nin adından dələduzluqlar həyata keçirilir.

Bu barədə "Opertiv Media"ya  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.

Belə ki, müxtəlif elan platformalarında məhsul paylaşan vətəndaşların nömrələrinə məhsulu almaq barədə mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir. Həmin keçidlər vasitəsilə məhsulun ödənişini almaq üçün vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Son xəbərlər
Gürcüstanın Baş naziri İrəvana səfər edib
Peter Siyarto Türkiyəyə səfər edəcək
Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb - FAKTİKİ HAVA
BDYP-dən sürücülərə duman və yağıntı xəbərdarlığı
ADY: Qatarlarda 100 faizə yaxın doluluq qeydə alınıb
Şoyqu: Ermənistan Aİ-yə daxil olarsa, bir çox imtiyazlarını itirəcək
Macarıstan Aİ-nin Ukrayna üzrə sammitinin yekun sənədini yenidən bloklayıb
Ərdoğan və Tramp arasında telefon danışışığı olub