13 Fevral 2025, 09:11
Göygöldə Topalhəsənli-Kərəmli yolu əsaslı yenidən qurulub
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrə qədər genişləndirilib/
Göygöldə Topalhəsənli-Kərəmli yolu əsaslı yenidən qurulub şəkil
Göygöldə Topalhəsənli-Kərəmli yolu əsaslı yenidən qurulub

Göygöl rayonunda yerli əhəmiyyətli Topalhəsənli avtomobil yolunun 5-ci km-dən ayrılan və uzunluğu 7 km olan Kərəmli avtomobil yolu əsaslı şəkildə yenidən qurulub.

Bu barədə Operativ Media Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, uzun müddət əsaslı şəkildə təmir olunmayan yolun yenidən qurulmasında məqsəd xüsusən payız-qış mövsümündə yol ilə hərəkətdə yaranan çətinlikləri aradan qaldırmaq, yolboyu yaşayan əhalinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun eni 10 metrə qədər genişləndirilib, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.

Son xəbərlər
Ceyhun Bayramov və Hakan Fidan arasında telefon danışığı olub - YENİLƏNİB
"Salam Air" Azərbaycana uçuşları təxirə salıb
İrandan Rusiyaya "təzə qarpız" adı ilə aparılan yük narkotik çıxıb
"Şamaxı" azərbaycanlı futbolçunu komandada saxladı
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI
Vüqar Kərəmov yaponiyalı döyüşçünü məğlub etdi
İran daha bir İsrailə məxsus F-35 döyüş təyyarəsini vurub
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub