http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Laçında suvarma suyunun verilişi yaxşılaşdırılıb

12 Sentyabr 2022 , 09:23
Laçında suvarma suyunun verilişi yaxşılaşdırılıb

Laçın obalarında suvarma suyunun verilişi yaxşılaşdırılıb.

Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, 1990-cı ildə Ağcabədi rayonu ərazisində yaradılan  Laçın Suvarma Sistemləri İdarəsinin əsas vəzifə və funksiyası rayonda olan əkin sahələrini suvarma suyu ilə təmin etməkdir. Bu məqsədlə idarə tərəfindən hər il mütəmadi olaraq meliorativ tədbirlər davam edir. Rayonun ümumi ərazisi 31619 hektar, suvarmaya yararlı sahələr isə 18510 hektardır. Ondan 12600 hektarında kənd təsərrüfatı əkinlərindən istifadə olunur.  Relyefi  müxtəlif olan rayon Qar-Qar çay və Kür çayları əhatəsindədir. Suvarma suyu öz axımı ilə Qarabağ-Laçın-Qayğı kanalından və mexaniki üsulla Kür çayından qaldırılaraq əkin sahələrinə verilir. Suyun maneəsiz axınını təmin etmək üçün idarənin maşın-mexanizmləri ilə kanallarda mütəmadi olaraq lildən təmizləmə işləri aparılır. 

Laçın Suvarma Sitemləri İdarəsinin balansında kollektor-dren şəbəkələri də mövcuddur. İlkin su yığıcı kanallar 10 km-ə yaxın, qapalı drenlər isə 10 km-dən uzundur. Ümumilikdə rayon üzrə suvarma kanallarının uzunluğu 349 km-dir.  Bundan beton kanallar 18,7 km, boru kəməri 4 km, torpaq kanallar  isə 326 km-dir. Suvarma kanalları üzərində 125 ədəd hidrotexnikiqurğu, 89 ədəd suayrıcılar mövcuddur. 

Qeyd edək ki, Laçın Suvarma Sistemləri İdarəsinin balansında 17 ədəd nasos stansiya mövcuddur. 2022-ci ilin yanvar ayından etibarən nasos stansiyalar vastəsi ilə 53700 m3 su verməklə 33190 hektar əkin sahəsinin suvarılması təmin edilib. 

 

OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda xəsarət alan var

Bakı metrosunda xəsarət alan var

Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq

Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

XƏBƏR LENTİ
  • 00:56

    Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
  • Dünən
    23:11

    “COP29” prezidenti ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə edib
    “COP29” prezidenti ABŞ rəsmisilə gələcəyin enerji sistemini müzakirə edib
  • Dünən
    22:59

    Qaqauziya Kişinyovu hüquqlarını pozmaqda ittiham edib
  • Dünən
    22:44

    Mirzoyan: Rusiya ilə münasibətlərdə problemlər var
  • Dünən
    22:30

    Bakı metrosunda xəsarət alan var
    Bakı metrosunda xəsarət alan var
  • Dünən
    22:19

    Blinken: Çin Rusiyaya əsas silah tədarükçüsüdür
  • Dünən
    22:04

    Yermak və Siyarto arasında görüş olacaq
  • Dünən
    21:49

    BMT-nin baş katibi İranı təmkinli olmağa çağırıb
Menyu