04 Mart 2025, 09:47
Paşinyan Azərbaycanla yolların açılmasına dair məqalə yayımlayıb
Nikol Paşinyan Azərbaycanla yolların açılmasına dair məqalə yayımlayıb.
Paşinyan Azərbaycanla yolların açılmasına dair məqalə yayımlayıb şəkil
Paşinyan Azərbaycanla yolların açılmasına dair məqalə yayımlayıb

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla yolların açılmasına dair məqalə yayımlayıb.

Operativ Media xəbər verir ki, məqalədə aşağıdakı məsələlərə toxunub.

Paşinyan qeyd edib ki, Ermənistan öz ərazisindən Azərbaycan yüklərinin Naxçıvana və Türkiyəyə təhlükəsiz keçidini təmin etməyə hazırdır.

"Ermənistanda bütün yollar Azərbaycan üçün açıqdır. Ermənistan-Azərbaycan sərhədində üç sərhəd məntəqəsi layihəsi var ki, bu da Azərbaycanın yük və minik avtomobillərinin Ermənistan ərazisinə daxil olmasına, məsələn, Naxçıvana və Türkiyəyə getməsinə imkan verəcək. Hazırda fiziki infrastrukturun hazırlığı baxımından, məsələn, yük maşınları üçün indi də lazımi infrastruktur var. Biz yükdaşımaların təhlükəsizliyini təmin edəcəyik. Sərnişinlərin sərhəddən keçərkən gömrük və digər nəzarət funksiyalarını qarşılıqlı prinsip əsasında beynəlxalq ixtisaslaşmış təşkilata həvalə etməyi təklif etmişik.

Ermənistanın baş naziri Zəngəlan-Meğri-Ordubad və əksinə istiqamətdə dəmir yolu ilə daşımaların açılmasını təklif edib: "İndiki mərhələdə Zəngəlan-Meğri-Ordubad və əksinə istiqamətdə dəmir yolu ilə daşımaların açılmasına başlamağı təklif edirik. Ermənistan heç vaxt öz suverenliyinin, yurisdiksiyasının və ya ərazi bütövlüyünün hər hansı məhdudlaşdırılmasına razılıq verməyib", - deyə o bildirib.

Son xəbərlər
Uruqvayda matəm elan edilib
"Qalatasaray" Türkiyə Kubokunun qalibi oldu
ABŞ İrana qarşı sanksiyalar tətbiq edib
Belçika polisi NATO korrupsiyasına görə iki şəxsi saxlayıb
Pakistandan Azərbaycana təşəkkür fləş-mobu - VİDEO
14 May 2025, 23:13
Liviyada toqquşmalar nəticəsində 6 nəfər həlak olub
Putin braziliyalı həmkarı ilə telefonla danışıb
Zelenski Türkiyəyə yeni səfir təyin edib