Menyu

Huanq "Nvidia" rəhbərliyinə qayıtmaq istəyir

Operativ Media
Huanq "Nvidia" rəhbərliyinə qayıtmaq istəyir
1 dəq oxu

“Nvidia” şirkətinin qurucusu Censen Huanq qalmaqallı istefasından sonra yenidən şirkətin baş direktoru vəzifəsinə qayıtmağa hazır olduğunu açıqlayıb.

Operativ Media xəbər verir ki, Huanq bu barədə “X” hesabında paylaşım edib.

“Müşahidə Şurası üçün problemlər yaratdım və buna görə dərindən təəssüflənirəm. Səhvlərimə görə bütün məsuliyyəti öz üzərimə götürürəm”, – deyə o bildirib.

Huanq şirkət əməkdaşlarından, investorlardan və digər şəxslərdən vəzifəsinə qayıtması ilə bağlı çoxsaylı müraciətlər aldığını qeyd edib:

“Əgər Direktorlar Şurası geri qayıtmağımın səhmdarların, əməkdaşların, şirkətin və Amerikanın maraqlarına uyğun olduğuna qərar versə, yenidən baş direktor olmaq mənim üçün şərəf olar”.

Məlumata görə, Huanqın istefasına səbəb olan qalmaqal onun nikahdankənar münasibətləri, o cümlədən Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibətdə olması barədə iddialarla bağlıdır.

Qeyd edək ki, şirkətə müvəqqəti olaraq Kоlеt Kress rəhbərlik edir.

Əlaqəli Xəbərlər