Menyu

ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərəcək

Operativ Media
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərəcək
1 dəq oxu

ABŞ Senatı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə minatəmizləmə və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işlərinə 265 milyon dollar ayrılmasını tövsiyə edib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Senatının rəsmi saytında dərc olunan 2027-ci maliyyə ili üzrə Dövlət Departamentinin maliyyələşdirilməsinə dair qanun layihəsinin izahat qeydində bildirilib.

Sənəddə qeyd olunub ki, Senatın Təxsisatlar Komitəsi Anqola, Azərbaycan, Kamboca, Laos, Şri-Lanka, Ukrayna, Vyetnam və Zimbabve, eləcə də Sakit okean regionundakı ada dövlətlərində müvafiq proqramların maliyyələşdirilməsinə azı 265 milyon dollar ayrılmasını tövsiyə edib.

Vəsaitin adi silahların məhv edilməsi, ərazilərin minalardan təmizlənməsi və partlamamış hərbi sursatların zərərsizləşdirilməsi işlərinə yönəldilməsi nəzərdə tutulur.

Əlaqəli Xəbərlər