Menyu

Qızılın qiyməti son bir ilin ən aşağı səviyyəsinə düşüb

Operativ Media
Qızılın qiyməti son bir ilin ən aşağı səviyyəsinə düşüb
1 dəq oxu

Dünya bazarında qızılın qiyməti 2025-ci il sentyabrın 29-dan bəri ilk dəfə bir troya unsiyası üçün 3 800 dollardan aşağı düşüb.

Operativ Media xəbər verir ki, bu barədə Nyu-Yorkun “Comex” birjasının ticarət məlumatlarında bildirilib.

Məlumata görə, 2026-cı ilin dekabrında tədarük ediləcək qızıl fyuçerslərinin qiyməti ticarət zamanı 3 800 dollar həddindən aşağı enib.

Bakı vaxtı ilə saat 06:06-da qızılın qiyməti 1,44 faiz azalaraq 3 841,5 dollar təşkil edib.

Saat 06:36-da isə qiymət 3 803 dollar səviyyəsində qeydə alınıb.

Əlaqəli Xəbərlər