Menyu

"Apple" xidmətlərində genişmiqyaslı nasazlıq yaşanıb

Operativ Media
"Apple" xidmətlərində genişmiqyaslı nasazlıq yaşanıb
1 dəq oxu

ABŞ-də "Apple" istifadəçiləri çərşənbə axşamı günortadan sonra şirkətin bir sıra xidmətlərinə girişdə problemlə üzləşiblər.

Operativ Media xəbər verir ki, istifadəçilər Apple Pay, iOS və Apple Support xidmətlərində yaranan nasazlıqlarla bağlı Downdetector platformasına minlərlə şikayət göndəriblər.

Bəzi istifadəçilər "Apple" hesablarından çıxarıldıqlarını, yenidən hesaba daxil ola bilmədiklərini, yeni cihazları aktivləşdirməkdə və bulud xidmətlərindən istifadə etməkdə çətinlik çəkdiklərini bildiriblər.

Şirkət xidmətlərindəki nasazlığın səbəbi ilə bağlı rəsmi açıqlama verməyib.

Əlaqəli Xəbərlər