Menyu

Şagird yerdəyişməsi üçün müraciətlərin sayı açıqlanıb

Nərmin Qocamanlı
Şagird yerdəyişməsi üçün müraciətlərin sayı açıqlanıb

Bir həftə ərzində 4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb

Operativ Media xəbər verir ki, bu barədə MÜTDA məlumat verib.

Fevralın 25-dən etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını və I–X sinifləri əhatə edir.
Bu günə qədər 9000-dən çox müraciət portala daxil edilib, 4000-ə yaxın şagirdin yerdəyişməsi uğurla tamamlanıb.

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, IX sinif şagirdlərinin yerdəyişməsi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonuna qədər aktiv edilməyəcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Teqlər:

"\u015eagird yerd\u0259yi\u015fm\u0259si \u00fc\u00e7\u00fcn m\u00fcraci\u0259tl\u0259rin say\u0131 a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər