Bakıda sıxlıq olan yollar açıqlanıb

Nərmin Qocamanlı
Bakıda sıxlıq olan yollar açıqlanıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda sıxlıq olan yolları açıqlayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Operativ Media"ya verilən məlumata görə, hazırda yollardakı vəziyyət aşağıdakı kimidir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində; 

4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində;

9. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

10. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

11. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

13. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

14. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);

15. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

16. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Digər xəbərlər