Menyu

Ucarda narkotik dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ucarda narkotik dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı qətiyyətli əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, son günlərdə şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində qeyd edilən qanunsuz əməllə məşğul olan 6 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 1 kiloqram 600 qramdan artıq narkotik vasitə marixuana və 5 ədəd xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə bitkisi aşkarlanaraq götürülüb.

Saxlanılanlar barəsində RPŞ-nin İstintaq Bölməsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir. Bu istiqamətində tədbirlər şöbə əməkdaşları tərəfindən davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər