Menyu

Azərbaycana yeni reyslər təşkil ediləcək

Azərbaycana yeni reyslər təşkil ediləcək

Azərbaycanın beynəlxalq hava limanları xarici aviaşirkətlərlə əməkdaşlığı genişləndirir.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi xarici aviaşirkətlərin ölkəmizin hava limanlarına yeni reyslərin həyata keçirilməsi və mövcud istiqamətlər üzrə tezliyin artırılması ilə bağlı müraciətini təsdiq edib. Sözügedən təsdiq İzmir, Bodrum, Dalaman, Ankara, Antalya, Riqa, Budapeşt, Varşava, Əbu-Dabi, Küveyt, Maskat, Roma, Rusiyanın və MDB ölkələrinin bir sıra istiqamətlərinə şamil olunur.

Bakı hava limanı ilə yanaşı, aviaşirkətlər regional hava limanlarına da maraq göstərir.

Hazırda Azərbaycanın beynəlxalq hava limanları sözügedən aviaşirkətlərin reyslərinin qəbulu üzrə zəruri işlər aparır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər