http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Göyçayda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb

04 Fevral 2023 , 13:11
Göyçayda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı keçmiş məhkum Mətləb Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Onun üzərinə və istifadəsində olan avtomobilə baxış keçirilərkən heroin aşkarlanaraq götürülüb. Davam etdirilən tədbirlərlə M.Abdullayevin yaşadığı ünvana da baxış keçirilib və oradan da narkotik vasitə olan heroin aşkar edilərək maddi sübut kimi istintaqa təqdim olunub.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 2 nəfər rayon sakini- Ağabala və Sadiq Əliyevlər tutulub. Şəxsi axtarış zamanı onlardan güclü təsiredici narkotik vasitə - heroin aşkarlanıb. 

Faktlarla bağlı rayon polis şöbəsində cinayət işləri başlanılıb və saxlanılanların hər üçü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunublar.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu