http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Mingəçevirdə oğurladığı pulları əyləncəyə xərcləyən şəxs saxlanılıb

06 Fevral 2023 , 08:55
Mingəçevirdə oğurladığı pulları əyləncəyə xərcləyən şəxs saxlanılıb

Mingəçevirdə mənzildən oğurladığı pulu paytaxtda yerləşən bahalı restoranlarda xərcləyən şəxs tutulub

Mingəçevir Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə məlumat daxil olub.

Hündürmərtəbəli binada yerləşən mənzilə eyvandan daxil olan naməlum şəxs oradan içərisində 3100 ABŞ dolları, 10 000 manat pul, müxtəlif qızıl-zinət əşyaları və ev sahibinə məxsus sənədlər olan çamadanı oğurlayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də mənzillərdən külli miqdarda oğurluqlar etdiyi üçün dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Rüstəm Əzizov saxlanılıb.

R.Əzizov ifadəsində evdə heç kimin olmadığını fürsət bilərək ora daxil olduğunu, niyyətini həyata keçirdikdən sonra pul və qızılları götürərək Bakı şəhərinə getdiyini bildirib. Araşdırma zamanı saxlanılan şəxsin çamadanda olan sənədləri iz itirmək məqsədilə yandırdığı, əldə etdiyi pulları isə qısa müddət ərzində paytaxtdakı əyləncə mərkəzlərində, bahalı restoranlarda xərclədiyi məlum olub. 
Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb, R.Əzizovun ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu